İstehsalatczk

  • Bolluq istehsal fabriki 1998-cu ildə Bakı şəhərində yaradılmışdır.

    İlk olaraq dənli birkilərin və yüksək keyfiyyətli un və un məmulatlarının qablaşdırılması ilə fəaliyyətə başlamışdır.

    2000-ci ildən Bolluq fabriki Türkiyə Respublikasından gətirilmiş dəzgah və avadanlıqlarla QƏND istehsal sexini işə salmış və 2004-cü ildə buna “KƏLLƏ QƏND” istehsal sexini əlavə edərək müasir tipli qənd fabriki yaratmışdır.

    Azərbaycan bazarında keyfiyyətinə görə analoqu olmayan “KƏLLƏ QƏND”, “bişmə” üsulu ilə Bolluq fabrikində istehsal olunur.

    Bolluq istehsal fabriki fəaliyyətə başladığı gündən ardıcıl olaraq müxtəlif çeşidli məhsulları ilə öz istehsal fabriklərinin sayını artırmaqdadır.

    Bolluq istehsal fabriki, Bolluq Bakı istehsal fabriki və Bolluq Xırdalan istehsal fabriki olaraq iki hissədə yer almaqdadır.

    Bolluq Bakı istehsal fabriki,10000 kvadratmetrlik sahənin, 6000 kvadratmetrlik örtülü ərazisində yerləşir və bu fabrikdə muxtəlif çeşidli qənd-kəllə

    qənd, karamel, marmelad, limonad və s..yüksək keyfiyyətli məhsullar istehsal olunur.

    Bolluq Xırdalan istehsal fabriki,30000 kvadratmetrlik sahənin, 14000 kvadratmetrlik örtülü ərazisində yerləşir və bu fabrikdə muxtəlif çeşidli şokolad, peçenye, vafli, kökə, kurabiyyə, priyanik, keks, rulet və s..yüksək keyfiyyətli məhsullar istehsal olunur və bundan başqa müxtəlif çeşiddə və çəkidə dənli bitkilər və yüksək keyfiyyətli un və un məmulatları qablaşdırılır.

    Oman, Bolluq, Şedraya Zemlya, kekstar və s..marka adları ilə brendlərimiz Azərbaycan bazarında öz layiqli yerini tutmaqdadır.

    Məhsullarımızın Azərbaycan bazarında uğur qazanmasının əsas səbəblərində biri satış, marketinq və istehsal şöbələrinin qarşılıqlı informasiya əlaqələrinin olmasıdır.Marketing şöbəsi tərəfindən bazarda müştəri tələbatları və istəklərinin mütəmadi öyrənilib istehsal komandasına çatdırılması, istehsal şöbəsinin bacarıqlı və peşəkar əməkdaşları tərəfindən dəyərləndirilməsi öz müsbət töhfəsini verməkdədir.Bu da Bolluq istehsal fabriki olaraq bazarda müştərilərimizi məmnun edərək rəqiblərlə şəffaf rəqabət aparma gücümüzü artırır.



  •